Son dəqiqə

Azərbaycan İtaliya HDQ

Azərbaycan HDQ komandanı İtaliyanın Hərbi Dəniz Donanmasını ziyarət edib

Bakı. TurkicWorld:

İtaliya Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov bu ölkənin Hərbi Dəniz Donanmasını ziyarət edib, döyüşü idarəetmə məntəqəsi ilə tanış olub.

Müdafiə Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, dəniz Donanmasının rəhbərliyi ilə görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər