Son dəqiqə

Azərbaycan Türkiyə İstanbul Murat Kurum

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyə vətəndaşları ilə görüş keçirib

Bakı. TurkicWorld:

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti "Zübeyde Hanım Hizmet İçi Eğitim Merkezi"nin konfrans mərkəzində Qars, Ərdahan və İğdırdan olan türk vətəndaşlarla görüş keçirib.

TurkicWorld-un məlumatına görə, görüşdə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, İstanbul 1-ci Bölgə millət vəkili Murat Kurum, İstanbul 3-cü bölgə millət vəkili Şamil Ayrım, AK Parti Ataşehir rayon təşkilatının sədri Burak Çiftçi, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edərək tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmləndiyini bildirib.

Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyinin apardığı siyasətin nəticəsi olaraq daha yüksək səviyyəyə çatdığı və bu əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun inkişafına, sabitliyin bərqərar olmasına mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.

Tədbir bədii hissə ilə davam etdirilib.

Mövzuya görə xəbərlər