Son dəqiqə

Şimali Koreya

Şimali Koreya şərq sahilindən sınaq raket buraxılışı həyata keçirib

Bakı. TurkicWorld:

Şimali Koreya hakimiyyəti sınaq raket buraxılışı həyata keçiriblər.

TurkicWorld-un məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verib.

Məlumata əsasən, raket Şimali Koreyanın şərq sahilində yerləşən Sinpo şəhəri yaxınlığında buraxılıb.

Atılan raketin növü hələ müəyyən edilməyib.

Agentlik xatırladıb ki, sınaq buraxılışı ABŞ və Cənubi Koreyanın "Freedom Shield" adlı birgə hərbi təlimləri ərəfəsində baş tutub.

Mövzuya görə xəbərlər