Son dəqiqə

Şimali Koreya

Şimali Koreya lideri yeni orta mənzilli hipersəs raketinin mühərrik sınaqdan keçirib

Bakı. TurkicWorld:

Şimali Koreya lideri Kim Çen In yeni orta mənzilli hipersəs raketinin mühərrik sınağını yoxlayıb.

TurkicWorld-un məlumatına görə, yeni orta mənzilli hipersəs raket mühərriki dünən ölkənin şimalındakı Sohae Peyk Mərkəzində sınaqdan keçirilib.

Bildirilib ki, Kim bərk yanacaq mühərrikinin sınaqlarına nəzarət edib və sınaq uğurla keçib.

Mühərrikin sınağının müdafiə qabiliyyətini artırmaq üçün aparıldığı vurğulanıb.

Xatırladaq ki, uzun müddətdir ki, Şimali Koreya Yapon dənizi ətrafında bir çox roketləri sınaqdan keçirir.

Bununla yanaşı, Şimali Koreya lideri son zamanlar ordusunun bütün təlimlərinə qatılır.

Mövzuya görə xəbərlər