Entoni Blinken Yaponiya Şimali Koreya

Şimali Koreya orta mənzilli raket buraxıb

Bakı,TurkicWorld

Şimali Koreya Yapon dənizinə doğru orta mənzilli ballistik raket atdığı açıqlanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyindən açıqlama verilib.

Raket 1100 kilometr məsafə qət etdikdən sonra Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Raketin ABŞ dövlət katibi Antoni Blinkenin Cənubi Koreyada siyasi təmaslar apardığı vaxt buraxılması diqqət çəkib.

Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə keçən il noyabrın beşində qısa mənzilli ballistik raket buraxıb.

Mövzuya görə xəbərlər