Bakı,TurkicWorld
Cümə axşamı Şimali Koreya Yaponiya dənizinə doğru yeni tip bərk yanacaqlı qitələrarası ballistik raketi (ICBM) buraxıb.
TurkicWorld xəbər verir ki, raket Yapon dənizinə düşməzdən əvvəl təxminən 1000 kilometr uçub.
İlkin qiymətləndirməyə görə, Şimali Koreya yeni tipli uzun mənzilli bərk yanacaqlı ballistik raketi sınaqdan keçirmiş ola bilər.
Cənubi Koreya ordusu bildirib ki, bu addım ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində Pxenyanın mövqelərini gücləndirmək məqsədi daşıya bilər.