Son dəqiqə

Romada İran-ABŞ görüşü İran ABŞ dolayı danışıqları ABŞ-İran qarşıdurması İraq ABŞ İran müharibəsi analizi

Tehran ABŞ-ın nüvə obyektinə hücum planının iflasa uğradığını elan etdi

BAKI,TurkicWorld, Nailə Babazadə

İran Dövlət Televiziyası ABŞ-ın İsfahanda həyata keçirdiyi xilasetmə əməliyyatı ilə bağlı mühüm açıqlamalar verib.

TurkicWorld xəbər verir ki, televiziyanın məlumatına görə, İran tərəfindən vurulan F-15 qırıcısının itkin düşmüş ikinci pilotunu tapmaq üçün ABŞ-ın təşkil etdiyi əməliyyatın əsl məqsədi fərqli olub: "Ehtimallar göstərir ki, ABŞ-ın İsfahanda həyata keçirmək istədiyi xüsusi əməliyyat əslində buradakı nüvə obyektlərindən birinə sızmaq və hücum təşkil etmək məqsədi daşıyıb".

İddia olunur ki, ABŞ-a məxsus C-130 nəqliyyat təyyarələrindən biri nüvə obyektinə yaxın ərazidə yerləşən tərk edilmiş hava limanına eniş edib. Bu zaman İran silahlı qüvvələri gözləmə mövqeyi tutaraq amerikalı hərbçiləri tələyə salıb. İkinci nəqliyyat təyyarəsi hava limanına yaxınlaşarkən İran hərbçiləri atəş açmağa başlayıb. Bu vaxt eniş edərkən uçuş-enmə zolağından çıxan ilk təyyarədəki ABŞ əsgərləri təyyarəni tərk edərək İran ordusunun hədəfinə çevriliblər. Dövlət Televiziyası həmçinin iddia edib ki, nüvə obyektinə sızma cəhdi sonradan ABŞ əsgərlərini xilas etmə əməliyyatına çevrilib və ABŞ tərəfi nəqliyyat təyyarələri daxil olmaqla bir çox avadanlığı İranın əlinə keçməməsi üçün özü bombalayaraq məhv edib.

Mövzuya görə xəbərlər