BAKI,TurkicWorld Orxan Qədirzadə
ABŞ Mərkəzi Komandanlığı ABŞ qüvvələrinin İranın cənubunda “özünümüdafiə məqsədilə” zərbələr endirdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə komandanlığın sözçüsü “Əl-Cəzirə” televiziya kanalına bildirib.
Məlumata görə, əməliyyat ABŞ qüvvələrinin İran hərbi qüvvələri tərəfindən yarana biləcək təhdidlərdən qorunması məqsədilə həyata keçirilib.
Sözçü qeyd edib ki, zərbələr mina yerləşdirməyə cəhd göstərən İran raket qurğularını və sürətli hərbi qayıqları hədəf alıb.
“ABŞ Mərkəzi Komandanlığı atəşkəs dövründə təmkin nümayiş etdirməklə yanaşı, qüvvələrinin müdafiəsini davam etdirir” – deyə açıqlamada vurğulanıb.
Digər tərəfdən, adı açıqlanmayan amerikalı rəsmi “Əl-Cəzirə”yə bildirib ki, İran son 24 saat ərzində ABŞ qüvvələrinə qarşı hücum cəhdləri edib.
Rəsminin sözlərinə görə, həyata keçirilən hücumlar nəticəsində ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.







