Son dəqiqə

İran Gilan Hüseyn Həsənpur

İranın Gilan vilayətində 50 iğtişaş lideri saxlanıldı

BAKI, TurkicWorld

İranın şimalında yerləşən Gilan vilayətində ölkədə baş verən son hadisələr fonunda 50 iğtişaş lideri saxlanılıb.

TurkicWorld-un məlumatına görə, bunu Gilan vilayətinin polis rəisi general Hüseyn Həsənpur yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, son vaxtlarda ölkədə baş verən iğtişaşlarda iştirak edənlərin hamısı müəyyənləşdirilməkdə və saxlanılmaqdadır.

Həsənpur əlavə edib ki, Gilan vilayətində saxlanılanların sayı 1,5 min nəfəri keçib.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananların olduğu bildirilsə də, say haqda məlumat verilməyib.

Mövzuya görə xəbərlər