BAKI, TurkicWorld
İran hökuməti zəruri məhsulların idxalı üçün ayrılan xarici valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir.
TurkicWorld-un məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İran vətəndaşlarına müraciətində deyib.
Onun sözlərinə görə, indiyə qədər ölkədə subsidiya olaraq bir sıra zəruri məhsullar və tibbi ləvazimatın ölkəyə idxalına aşağı qiymətlərlə xarici valyuta ayrılırdı. Bu isə ölkədə renta və korrupsiyaya yol açmış və nəticədə vətəndaşlar həmin ayrılan subsidiyadan faydalana bilmirdilər.
Pezeşkian deyib ki, bu əsasda hər bir vətəndaş 10 milyon rial (təxminən 10 dollar) dəyərində hər aylıq zəruri məhsulların satın alınması üçün hökumətdən vəsait alır. Hökumətin vətəndaşların məişət durumuna dəstək məqsədilə ilə tətbiq olunan proqram əslində bazarda rəqabət yaradır. Belə ki, ölkəyə məhsul idxal hər bir idxalçı ucuz idxal etdiyi halda ucuz, baha idxal etdiyi halda baha satacaq.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.







