Son dəqiqə

İran Məsud Pezeşkian

Pezeşkian: Etiraz etmək İran vətəndaşlarının haqqıdır

BAKI, TurkicWorld

Öz haqlarını əldə etmək üçün etiraz etmək İran vətəndaşlarının haqqıdır.

TurkicWorld-un məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İran vətəndaşlarına müraciətində deyib.

Onun sözlərinə görə, İran hökuməti bu istiqamətdə vətəndaşlarla danışıqlar aparmaq və problemləri həll etməyə çalışır.

Pezeşkian bildirib ki, hökumət etiraz edən, haqqını tələb edən və nigaranlığı olan heç bir şəxsi görməməzlikdən gəlmir.

“Mən özüm etirazçılardan bir qrupu ilə iclas təşkil etmişəm. Hər hansı nigaranlıqları varsa, kömək etmək əzmində olduğumuzu bildirdik”, - deyə o qeyd edib.

Pezeşkian deyib ki, İran hökuməti ədalətin icra olunması istiqamətində vətəndaşlara vədlər verib. Bu məsələdə hər hansı ayrı-seçkilik olmayacaq. Hökumət korrupsiya, renta, qaçaqçılıq, rüşvətxorluğun kökünü qurutmağa çalışır. Çünki nəticə etibarı ilə qaçaqçılıq, renta, korrupsiya və sairənin qurbanı İran vətəndaşları olur.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.

Mövzuya görə xəbərlər