Son dəqiqə

Fələstin Almaniya Qəzza HƏMAS Fridrix Merts

Almaniya Qəzzaya humanitar yardım üçün 29 milyon avro ayıracaq

BAKI,TurkicWorld, Fərid Mikayılov

Almaniya Kansleri Fridrix Merts, İsrail ilə Fələstinli silahlı qruplaşma HƏMAS arasında atəşkəsin ratifikasiya edilməsindən sonra Qəzzaya dərhal humanitar yardım göndərəcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, Merts X platformasında etdiyi paylaşımda, Almaniyanın Qəzzaya 29 milyon avro (təxminən 34 milyon dollar) dəyərində humanitar yardım göndərəcəyini bildirib.

O, əlavə olaraq, Misirlə birgə Qəzzanın bərpası üçün beynəlxalq konfrans təşkil ediləcəyini vurğulayıb.

Kanslerin açıqlamasına görə, Almaniya ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif olunan sülh prosesində aktiv rol alacaq.

Razılaşmaya əsasən, gələn günlərdə 48 girovdan təxminən 20-nin sağ olaraq azad ediləcəyi gözlənilir. Bu addımlar bölgədə döyüşlərin dayandırılması və humanitar vəziyyətin yaxşılaşdırılması üçün mühüm addım hesab olunur.

Mövzuya görə xəbərlər