Son dəqiqə

İran Tehran atom elektrik stansiyası İranın nüvə proqramı Hörmüzqan əyaləti İranın nüvə obyektləri

İran yeni atom elektrik stansiyası inşa edəcək

BAKI, TurkicWorld, Fərid Mikayılov

İran Hörmüzdə 5 min meqavatlıq yeni atom elektrik stansiyası tikəcək.

TurkicWorld xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının rəhbəri və ölkənin vitse-prezidenti Məhəmməd İslami açıqlama verib.

İslami, Hörmüzqan vilayətində inşa ediləcək “İran Hormuz” adlı yeni atom elektrik stansiyasının layihələndirmə və avadanlıq mərhələsinə keçəcəyini açıqlayıb.

O, bildirib ki, 5 min meqavat gücə malik olacaq bu stansiya İranın nüvə sənayesi üçün hazırlanmış “Kompleks Strateji Sənəd”də qeyd olunan hədəflərə çatmaq yolunda mühüm mərhələ təşkil edir.

Rəsmi açıqlamaya görə, layihənin detalları yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.

Mövzuya görə xəbərlər