Son dəqiqə

Argentina qəza təyyarə qəzası aviasiya festivalı kiçik təyyarə qəzası eksperimental akrobatik təyyarə kiçik təyyarə

Argentinada kiçik təyyarə qəzaya uğrayıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Argentinanın Kordova əyalətində keçirilən aviasiya festivalı zamanı kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

TurkicWorld xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.

Məlumata görə, iki nəfərlik eksperimental akrobatik təyyarə havaya qalxarkən idarəetməni itirib və yerə çırpılıb. Zərbə nəticəsində təyyarə alovlanıb. Qəzaya uğrayan hava vasitəsinin festivalın rəsmi proqramına daxil olmadığı bildirilib.

Hadisənin səbəbləri aviasiya orqanları tərəfindən araşdırılır.

Mövzuya görə xəbərlər