Son dəqiqə

Fələstin Yaponiya Fələstin dəstəyi Fələstin tanınması Yaponiya Fələstin tanınması Yaponiya Fələstin dövləti Yaponiya parlamenti Fələstin 206 millət vəkili Fələstin İvaya Takeşi Fələstin məsələsi Yaponiyada Konstitusiya Demokrat Partiyası CDP Yaponiyada Liberal Demokrat Partiya LDP

Yaponiyada millət vəkilləri Fələstin dövlətinin tanınmasını tələb edirlər

BAKI, TurkicWorld, Səməd Əyyubov

Yaponiyada 206 millət vəkili xarici işlər naziri İvaya Takeşiyə məktub təqdim edərək, Fələstin dövlətinin tanınmasını tələb ediblər.

TurkicWorld-un məlumatına görə, ölkənin müxalif Konstitusiya Demokrat Partiyası (CDP) ilə yanaşı hakim Liberal Demokrat Partiya (LDP) və digər müxtəlif partiyaların nümayəndələrindən ibarət qrup bu məktubu imzalayıb.

XİN rəhbəri isə “bu qədər imzanın toplandığı üçün məsələni ciddi qəbul etdiyini” bildirib.

Məlumat üçün bildirək ki, Yaponiyada Nümayəndələr Palatası və Məsləhətçilər Palatası olmaqla iki hissədən ibarət milli parlamentdə hazırda ümumilikdə 713 millət vəkili fəaliyyət göstərir.

Mövzuya görə xəbərlər