Son dəqiqə

İsrail Yəmən Husilər Hava zərbələri Husilərin hücum cəhdi Yəmən husiləri İsrail hücumu hava hücumu

Husilər İsrail ərazisindəki hava limanlarını və hərbi obyektləri hədəf alıblar

BAKI, TurkicWorld, Səməd Əyyubov

Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) silahlı qüvvələri İsrailin hədəflərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

TurkicWorld xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Saria məlumat verib.

O bildirib ki, hücumlar Təl-Əvivdəki Ben-Qurion hava limanı, Eylat bölgəsinin yaxınlığındakı Ramon hava limanı və həmçinin Dimona şəhərində yerləşən mühüm obyekti də hədəf alıb.

Sarianın sözlərinə görə, Yəmən silahlı qüvvələrinin pilotsuz aviasiya bölmələri ikinci gündür ardıcıl əməliyyatlar həyata keçirir. Sonuncu hücumda Lod hava limanı (yəni Ben-Qurion - red.), Umm ər-Rəşraşdakı Ramon hava limanı (Eylat - red.) və Dimonadakı strateji obyekt üç PUA vasitəsilə vurulub. O, əməliyyatın uğurla hədəflərinə çatdığını deyib. Lakin Dimonada konkret olaraq hansı obyektin hədəf alındığını açıqlamayıb.

Qeyd edək ki, Negev səhrasında yerləşən Dimona şəhəri yaxınlığında İsrailin nüvə tədqiqat mərkəzi yerləşir.

Mövzuya görə xəbərlər