Son dəqiqə

Böyük Britaniya Kir Starmer Ancela Reyner İstefa məktubu mənzil-kommunal təsərrüfatı icmalar və yerli özünüidarəetmə naziri postu

Böyük Britaniyanın baş nazir müavini istefa verib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Böyük Britaniyanın baş nazir müavini Ancela Reyner vergi qalmaqalı səbəbindən istefa verib.

TurkicWorld xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Məlumata görə, Reyner həmçinin mənzil-kommunal təsərrüfatı, icmalar və yerli özünüidarəetmə naziri postunu, eləcə də Leyboristlər Partiyasının sədr müavini vəzifəsini tərk edib.

Baş nazir Kir Starmer onun istefasından məyus olduğunu bildirib və Reynerə gördüyü işlərə görə təşəkkür edib.

Qeyd edək ki, qalmaqal siyasətçinin daşınmaz əmlak alışı zamanı tələb olunandan daha az vergi ödədiyinin üzə çıxmasından sonra başlayıb. Reyner isə bunun qəsdən deyil, sadəcə bir səhv olduğunu açıqlayıb.

Starmerə ünvanladığı məktubda o, vaxtında vergi sahəsində mütəxəssisə müraciət etmədiyinə görə təəssüfləndiyini vurğulayıb.

Mövzuya görə xəbərlər