Son dəqiqə

Fransa ABŞ Almaniya Hindistan Avstraliya Poçt bağlamaları 25 ölkə ABŞ poçt xidmətləri ABŞ-a bağlama göndərişləri poçt xidmətlərinin dayandırılması

25 ölkə yeni tariflərə etiraz olaraq ABŞ istiqamətli poçt xidmətlərini dayandırıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Ümumdünya Poçt İttifaqı (ÜPİ) çərşənbə axşamı yaydığı bəyanatda 25 ölkənin ABŞ-a bağlama göndərilməsini dayandırdığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, qurumun bəyanatında deyilir:

“25 ölkənin poçt operatorları artıq İttifaqa ABŞ-a yönəldilən poçt xidmətlərini dayandırdıqlarını bildiriblər. Bu addım, xüsusilə də tranzit xidmətləri ilə bağlı yaranan qeyri-müəyyənlik səbəbindən atılıb”

BMT-yə bağlı təşkilat əlavə edib ki, bu məhdudiyyət ABŞ hakimiyyət orqanlarının tədbirləri necə həyata keçirəcəklərinə dair dolğun məlumat təqdim olunana və tələb olunan əməliyyat düzəlişləri tam tətbiq olunana qədər qüvvədə qalacaq.

Xatırladaq ki, ABŞ administrasiyası avqustun 29-dan etibarən ölkəyə göndərilən kiçik bağlamalara tətbiq olunan gömrük rüsumundan azadolmanı ləğv etmək niyyətində olduğunu açıqlayıb.

Bu qərar Fransadan Avstraliyaya, Almaniyadan Hindistana qədər bir sıra poçt qurumlarının ardıcıl açıqlamaları ilə müşayiət olunub. Sözügedən ölkələrin poçt xidmətləri ən azı müvəqqəti olaraq ABŞ istiqamətli bağlamaları qəbul etməyəcəklərini bəyan ediblər.

Mövzuya görə xəbərlər