Son dəqiqə

Rusiya Ukrayna Vladimir Putin Almaniya Moskva Volodimir Zelenski Kiyev Mark Karni Rusiya Ukrayna müharibəsi Fridrix Merts Berlin

Almaniya Rusiyaya xəbərdarlıq edib – yeni sanksiya paketi gündəmdədir

BAKI, TurkicWorld, Fərid Mikayılov

Almaniya kansleri Fridrix Merts bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski arasında gözlənilən görüş baş tutmasa, Moskva əlavə sanksiyalarla üzləşə bilər.

TurkicWorld xəbər verir ki, Merts bu açıqlamanı Kanadanın baş naziri Mark Karni ilə birgə keçirdiyi mətbuat konfransında verib.

Onun sözlərinə görə, Avropa İttifaqı hazırda yeni sanksiya paketləri üzərində işləyir, ABŞ prezidenti Donald Tramp isə əlavə gömrük rüsumlarının tətbiqini istisna etməyib.

“Qərb liderləri gözləyirlər ki, Putin və Zelenski qarşıdakı iki həftə ərzində görüşsün. Əgər bu baş tutmasa, məsələ yenidən Avropa və ABŞ-ın gündəminə qaytarılacaq” – deyə Merts vurğulayıb.

Almaniya kansleri əlavə edib ki, belə bir ssenaridə ABŞ prezidenti Tramp alternativ olaraq Rusiya, Ukrayna və ABŞ liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsini təklif edib.

Xatırladaq ki, Fridrix Merts daha əvvəl Ukrayna münaqişəsinin həllinin mürəkkəb olduğunu qeyd edərək, sülhə nail olmaq üçün səbrin vacibliyini bildirib.

Mövzuya görə xəbərlər