Son dəqiqə

Avropa İttifaqı Rusiya Ukrayna Vladimir Putin Litva Avropa Volodimir Zelenski Gitanas Nauseda Donald Tramp

Litva prezidenti Aİ-ni Ukraynanın 2030-cu ildə üzvlüyünü rəsmiləşdirməyə çağırıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Litva prezidenti Gitanas Nauseda Avropa İttifaqını (Aİ) Ukraynanın 2030-cu ildə quruma qəbul edilməsini rəsmiləşdirməyə çağırıb.

TurkicWorld xəbər verir ki, Nauseda bu barədə “istəklilər koalisiyası”na daxil olan ölkələrin liderlərinin videokonfransında çıxış edərkən danışıb.

“Biz Ukraynanı danışıqlar prosesinə cəlb etməli və üzvlük üçün konkret tarix – 2030-cu ili müəyyənləşdirməliyik”, – deyə Litva prezidenti bildirib.

Nauseda həmçinin qeyd edib ki, danışıqlar prosesi artıq sentyabr ayında bərpa oluna bilər:
“Bu, Ukraynanın çox ehtiyac duyduğu güclü siqnal olardı”.

Xatırladaq ki, avqustun 18-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderlərinin iştirakı ilə danışıqlar aparılıb.

Mövzuya görə xəbərlər