Son dəqiqə

İsrail Yəmən İsrail ordusu Husilər Hava zərbələri Yəməndə husilərə qarşı əməliyyat Husilərin hücum cəhdi Yəmən husiləri İsrail hücumu hava zərbəsi

Yəməndə İsrail Ordusunun zərbə endirdiyi elektrik stansiyasında bərpa işləri aparılır

BAKI, TurkicWorld, Səməd Əyyubov

Xəbər verdiyimiz kimi, İsrail Müdafiə Ordusu (SAXAL) Yəməndə husilərin nəzarətində olan paytaxt Sənada yerləşən “Xaziz” istilik elektrik stansiyasına zərbə endirib.

TurkicWorld xəbər verir ki, husilərə məxsus “Al Masirah” telekanalının məlumatına görə, zərbədən sonra stansiya fəaliyyətini dayandırıb və yanğın baş verib. Yanğın qısa müddət ərzində söndürülüb. Hazırda texniki xidmət və bərpa işlərinə başlanılıb. Husi hökumətinin baş nazir müavini Məhəmməd Miftah obyektin əvvəlki vəziyyətinə qaytarılacağını bildirib.

İsrail ordusunun mətbuat xidməti isə bəyan edib ki, əməliyyat husilərin enerji infrastrukturuna qarşı həyata keçirilib və bu addım husilərin İsrailə qarşı hücumlarına cavab olaraq atılıb.

Xatırladaq ki, Qəzza zolağında 2023-cü ildə başlayan müharibədən sonra husilər İsrail ərazisinə hücum edəcəklərini və ona bağlı gəmilərin Qırmızı dənizdən və Bəb ül-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bəyan etmişdilər. Yanvar ayında Qəzzada atəşkəs elan ediləndən sonra bu hücumlar müvəqqəti dayandırılmışdı. Lakin martın əvvəlində atəşkəsin pozulmasından sonra husilər yenidən İsrail gəmilərinə qarşı Qırmızı dənizdə hücumlara başladılar və sonrakı dövrdə Ben Qurion hava limanı da daxil olmaqla İsrail ərazisindəki hədəflərə qarşı zərbə endirməyə cəhd etdilər.

Mövzuya görə xəbərlər