Son dəqiqə

Rusiya zəlzələ Zəlzələ Xəbərdarlıq Sistemi zəlzələ fay xətti Zəlzələnin təsiri və nəticələri zəlzələ qorxusu Kamçatka

Kamçatkada 5,3 maqnitudalı zəlzələ baş verib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Kamçatkada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 469 km aralıda baş verib. Yeraltı təkanların ocağı 28,6 km dərinlikdə yerləşib.

Qeyd edək ki, iyulun 30-u səhər saatlarında Kamçatka sahillərində güclü zəlzələ olmuşdu. Bu, bölgədə 1952-ci ildən bəri qeydə alınan ən güclü zəlzələ idi. Rəsmilərin bildirdiyinə görə, onun maqnitudası 8,8-ə çatıb. RAN-ın Kamçatka filialı isə bu göstəricinin 8,7 olduğunu açıqlayıb. Daha sonra 5 bal və daha yuxarı gücdə bir neçə zəlzələ qeydə alınıb.

Mövzuya görə xəbərlər