Son dəqiqə

Pakistan Indoneziya Filippin Banqladeş Hindistan Nepal Tayland yağışlar Mozambik Kamboca Myanma Leysan yağışları fırtına və daşqınlar daşqın yağış güclü yağışlar

Pakistanda musson yağışları son iki gündə yüzlərlə insanın ölümünə səbəb olub

BAKI, TurkicWorld, Səməd Əyyubov

Pakistanda güclü musson yağışları səbəbindən son 48 saat ərzində 320-dən çox insan həyatını itirib.

TurkicWorld-un məlumatına görə, ölkənin şimal bölgələrində şiddətli musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 321-ə yüksəlib.

Regional Fəlakət İdarəetmə Mərkəzinin verdiyi məlumata görə, ölənlərin əksəriyyəti Heybər-Paxtunxva bölgəsində qeydə alınıb. Bu bölgədə 307 nəfərin həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, Musson yağışları Cənubi Asiyada iyun–sentyabr aylarında təsirli olur və hər il böyük fəlakətlərə səbəb olur. Bunlar mövsümi, müntəzəm yağışlardır və əsasən tropik və subtropik ərazilərdə, dənizlə quru arasındakı temperatur fərqindən yaranan musson küləkləri nəticəsində baş verir.

Musson yağışlarının təsirli olduğu ölkələr əsasən bunlardır: Hindistan, Banqladeş, Nepal, Butan, Tayland, Myanma, Vyetnam, Laos, Kamboca, İndoneziya, Filippin, həmçinin Afrikanın şərq sahilləri (xüsusilə Tanzaniya və Mozambik) və Avstraliyanın şimal sahilləri.

Mövzuya görə xəbərlər