Son dəqiqə

Suriya Suriya və təhlükəsizlik məsələləri Suriyada sabitliyin pozulmasına yönəlmiş planlar Suriyada PKK varlığı Suriya iqtisadi inkişafı Suriya iqtisadiyyatının inkişafı üçün sərmayə Suriyalı miqrantlar Suriyalı qaçqınların qayıdışı Suriya müharibəsi sonrası bərpa Suriya yenidənqurma layihələri Suriyaya beynəlxalq yardım

Suriyada partlayış nəticəsində 2 mülki şəxs həyatını itirdi

BAKI, TurkicWorld, Nailə Babazadə

Suriyanın şimalındakı İdlib vilayətində səbəbi hələ müəyyən edilməmiş partlayışlar nəticəsində 2 mülki şəxs həyatını itirib.

TurkicWorld xəbər verir ki, Suriya dövlət televiziyası Əl-İhbariyyə, İdlib ətrafında güclü partlayış səslərinin eşidildiyini bildirib.

Partlayışların mənbəyi və xarakteri müəyyənləşdirilməyə çalışılır. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım qrupları göndərilib.

İdlib Səhiyyə İdarəsinin yaydığı açıqlamada ilkin məlumata əsasən 2 mülki şəxsin həyatını itirdiyi, 4 nəfərin isə yaralandığı bildirilib.

Mövzuya görə xəbərlər