Son dəqiqə

Rusiya zəlzələ Zəlzələ Xəbərdarlıq Sistemi zəlzələ fay xətti Zəlzələnin təsiri və nəticələri zəlzələ qorxusu zəlzələ sonrası layihələr Kamçatka

Kamçatkada 6 bal gücündə zəlzələ olub

BAKI, TurkicWorld, Səməd Əyyubov

Kamçatka yarımadasında 6 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (RAN) Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların ocağı 33 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 215 km məsafədə qeydə alınıb. Zəlzələnin hiss olunması ilə bağlı məlumat daxil olmayıb.

Qeyd edək ki, iyulun 30-u səhər saatlarında Kamçatka sahillərində güclü zəlzələ olmuşdu. Bu, bölgədə 1952-ci ildən bəri qeydə alınan ən güclü zəlzələ idi. Rəsmilərin bildirdiyinə görə, onun maqnitudası 8,8-ə çatıb. RAN-ın Kamçatka filialı isə bu göstəricinin 8,7 olduğunu açıqlayıb. Daha sonra 5 bal və daha yuxarı gücdə bir neçə zəlzələ qeydə alınıb.

Mövzuya görə xəbərlər