Son dəqiqə

Əlcəzair qəza təyyarə qəzası hava nəqliyyatı qəzası

Əlcəzairdə təyyarə qəzası baş verib

BAKI, TurkicWorld

Əlcəzairdə kəşfiyyat təyyarəsi qəzaya uğrayıb.

Bu barədə TurkicWorld xarici KİV-ə istinadən xəbər verir.

Ölkənin şərqində yerləşən Cicel şəhərində kəşfiyyat və meşə yanğınlarını izləmək üçün istifadə olunan kiçik mülki müdafiə təyyarəsinin qəzaya uğraması nəticəsində biri xarici vətəndaş olmaqla, 4 nəfərin həyatını itirdiyi bildirilib.

Qəza nəticəsində Mülki Müdafiə Hava Birliyinin komandiri, polkovnik Rıdvan Bersi, təcrübəçi pilot Suheyb Qalayi, adı açıqlanmayan uçuş məktəbi təlimçisi və "Air Tractor" şirkətinin Çili vətəndaşı olan bir əməkdaşının həlak olduğu qeyd olunur.

Qeyd edək ki, Əlcəzair bu yay mövsümündə meşə yanğınları ilə mübarizə üçün 15-dən çox kiçik və orta ölçülü təyyarə, bir böyük hərbi təyyarə, həmçinin, mülki müdafiə və silahlı qüvvələrə aid onlarla helikopteri səfərbər edib.

Mövzuya görə xəbərlər