Son dəqiqə

İran ABŞ Donald Tramp İranın nüvə proqramı ABŞ- İran gərginlikləri Uran zənginləşdirilməsi İran və ABŞ arasında dolayısı danışıqlar İranın nüvə obyektləri Abbas Əraqçi

Zərər görmüş obyektlər bərpa ediləcək - Əraqçi

BAKI, TurkicWorld

İran xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın raket zərbələri nəticəsində ciddi zərər görən nüvə obyektlərinin bərpa olunacağını və uranın zənginləşdirilməsinin davam etdiriləcəyini bəyan edib.

TurkicWorld-un məlumatına görə, nazir bildirib ki, zərbələr nəticəsində obyektlər ciddi şəkildə dağıdılıb və ziyanın miqyası hazırda qiymətləndirilir.

“Bəli, obyektlər məhv edilib. Amma biz onları bərpa edəcəyik və uranın zənginləşdirilməsini davam etdirəcəyik”- deyə Əraqçi bildirib.

Əraqçi vurğulayıb ki, İran heç vaxt nüvə proqramından imtina etməyəcək.

“Bu, bizim alimlərimizin nailiyyətidir və ondan vaz keçmək mümkün deyil”- deyə o vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə qarşı yeni zərbə əmri verməyə hazır olduğunu açıqlayıb.

Mövzuya görə xəbərlər