Son dəqiqə

İran Sepah Sistan-Bəlucistan əyaləti Bəlucistan Bəlucistan sərhəd terror aktı

Sistan və Bəluçistanda təhlükəsizlik əməliyyatı: İran 6 terrorçunu zərərsizləşdirdi

BAKI, TurkicWorld

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), ölkənin cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətinin Çabahar bölgəsində keçirdiyi əməliyyat zamanı altı terrorçunu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, SEPAH-ın Quru Qoşunlarına bağlı Qüds Qərargahı yayımladığı bəyanatda əməliyyatın uğurla başa çatdığını və nəticədə altı terrorçunun zərərsizləşdirildiyini bildirib.

Bəyanatda qeyd olunub ki, əməliyyat zamanı həm yüngül, həm də ağır silah-sursat, eləcə də böyük miqdarda partlayıcı maddə aşkarlanaraq ələ keçirilib.

SEPAH, bu əməliyyatın bölgədə təhlükəsizliyin təmin olunması və terrorçu qrupların fəaliyyətinə son qoyulması istiqamətində atılmış mühüm addım olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər