BAKI, TurkicWorld
Texasda baş vermiş daşqın nəticəsində 27 nəfər həlak olub.
TurkicWorld xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Məlumata əsasən, ölənlərin 18-i böyük, 9-u isə uşaqdır. Daha əvvəl 24 nəfərin öldüyü bildirilmişdi.
Həmçinin, bundan əvvəl bildirilmişdi ki, daşqın zamanı düşərgədə istirahət edən 27 uşaq axtarışa verilib.
Qeyd edək ki, Texasda uzun sürən leysan yağışları daşqına səbəb olub. Quadalupe çayının səviyyəsi cəmi iki saat ərzində altı metrdən çox yüksəlib.