Son dəqiqə

Pakistan Antiterror əməliyyatı

Pakistanda antiterror əməliyyatı keçirilib

BAKI, TurkicWorld

Pakistan Ordusu Bəlucistan əyalətində antiterror əməliyyatı keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə Müştərək İdarəsi (ISPR) məlumat yayıb.

Məlumata görə, hərbçilər Duki rayonunda qadağan olunmuş “Fitnə əl-Hindustan” qruplaşmasının üzvlərinə qarşı xüsusi əməliyyat həyata keçirib. Əməliyyat zamanı iki terrorçu zərərsizləşdirilib, daha iki nəfər isə saxlanılıb.

ISPR, əməliyyatda Pakistan ordusu sıralarında itki olmadığını bildirib.

Mövzuya görə xəbərlər