Son dəqiqə

İsrail İran Mossad

İranda MOSSAD casusları həbs edilib

BAKI, TurkicWorld

İranın Həmədan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının apardığı əməliyyat çərçivəsində 6 MOSSAD casusu həbs edilib.

TurkicWorld xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

SEPAH-ın Kəşfiyyat təşkilatının rəhbəri polkovnik Əli Əkbər Kərimpur bildirib ki, MOSSAD-a casusluq edən şəxslər Rəzn, Nəhavənd və Həmədan şəhərlərində müəyyən edilib.

Onun sözlərinə görə, bu şəxslər sosial şəbəkələrdə məqsədli fəaliyyət göstərərək İsrail ilə əlaqəyə giriblər.

Mövzuya görə xəbərlər