Son dəqiqə

İran İran vətəndaşları İranın Xarici İşlər Nazirliyi İsrail ordusu İsrail XİN İran rəsmilərinin etirazı İranın nüvə proqramı İsrail və Qəzza münaqişəsi İran ABŞ dolayı danışıqları İsrailin dron hücumu İsrail İran hücumu İran nüvə proqramı İrana qarşı hava zərbəsi İsrailə uçuşlar dayandırılır

İran Parlamentindən İsrailə sərt cavab

BAKI, TurkicWorld

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İsrailin hücumları ilə bağlı açıqlama verib.

TurkicWorld xəbər verir ki,İsrailin hücumları ilə bağlı yazılı mesaj yayımlayan Qalibaf, hücumlara mütləq cavab veriləcəyini bildirib.

"Yaşayış məntəqələrinə hücum göstərdi ki, cinayətkar sionist rejim İran xalqının hər bir fərdinin ən qəddar düşmənidir. Biz sionist rejimdən əl çəkməyəcəyik". ifadələrdən istifadə etdi.

Hücumlarda yaşayış məntəqələrinin hədəf alındığına işarə edən Qalibaf " Cinayətkar sionist rejim yaşayış məntəqələrinə hücum etməklə bəşəriyyətin ən böyük düşməni və İran xalqının hər bir fərdinin ən qəddar düşməni olduğunu göstərdi." - deyə qeyd edib.

"Biz sionist rejimdən əl çəkməyəcəyik. Onlar bu işə başladılar, amma inşallah, bitirəcəyik". - ifadələrdən istifadə edib.

Qeyd edək ki, İsrail səhər saatlarında İranın paytaxtı Tehran, Təbrizə, İsfahandakı Natanz nüvə obyektinə, Luristan və Kirmanşah şəhərlərinə hücumlara başlayıb.

Hücumlarda İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun komandanı, general-mayor Hüseyn Səlami və altı nüvə alimi də daxil olmaqla yüksək rütbəli hərbi rəsmilər həyatını itirib.

İsrailin Tehrana hücumları zamanı mülki yaşayış məntəqələri də vurulub, çoxlu mülki vətəndaş həyatını itirib.

Mövzuya görə xəbərlər