ABŞ Gömrük tarifi Rüsumlar ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi Gömrük rüsumları

ABŞ əczaçılıq məhsullarına 25% gömrük rüsumu tətbiq edəcək

BAKI, TurkicWorld

ABŞ administrasiyası tərəfindən hazırlanan yeni gömrük rüsumları əczaçılıq məhsullarına 25% həcmində tətbiq edilə bilər.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

“Biz artıq öz dərmanlarımızı istehsal etmirik. Əczaçılıq şirkətləri İrlandiya, Çin və digər ölkələrdə yerləşir. Mənim etməli olduğum şey bu məhsullara rüsum tətbiq etməkdir. Biz bunu edəcəyik. Bu rüsum, avtomobillərə tətbiq etdiyimiz rüsuma bənzəyəcək. Bildiyiniz kimi, avtomobillərə 25% həcmində rüsum tətbiq etmişik. Bizdə həmçinin polad və alüminiuma da 25% rüsum var və bu kateqoriya hazırkı şəraitə tam uyğundur” - deyə, Tramp qeyd edib.

O əlavə edib ki, bu rüsumlar yaxın zamanda qüvvəyə minəcək.

Xatırladaq ki, Tramp 2 aprel tarixində 185 ölkə və əraziyə qarşı gömrük rüsumları tətbiq etmişdi. Ümumi 10% tariflər 5 aprel, fərdi tariflər isə 9 aprel tarixindən qüvvəyə minib. Bundan əlavə, aprelin 3-dən etibarən bütün idxal edilən avtomobillərə 25% gömrük rüsumu tətbiq olunmağa başlanıb.

Mövzuya görə xəbərlər