Bakı, TurkicWorld
Rusiya prezidenti Vladimir Putin Ukraynaya demokratik seçkilər keçirmək və müharibəni dayandırmaq üçün danışıqlar aparmaq üçün müvəqqəti administrasiya təyin etməyi təklif edib.
TurkicWorld AzerVoice - a istinadən xəbər verir ki, Putin Rusiyanın Murmansk limanında keçirilən tədbirdə çıxış edib.
Ukraynada müharibəyə başlamadıqlarını irəli sürən Putin, “Münaqişə Qərb dövlətlərinin dəstəklədiyi 2014-cü ildə Ukraynada baş verən çevrilişlə başladı” - deyə bildirib.
Ukrayna ilə danışıqlar aparmaq üçün qanuni bir idarənin olması lazım olduğunu bildirən Putin, “Prinsipcə, Birləşmiş Millətlər Təşkilatı (BMT), ABŞ, Avropa ölkələri və tərəfdaşlarımızın himayəsi altında Ukraynada müvəqqəti administrasiya yaradıla bilər” - deyə təklif irəli sürüb.
Ukraynada xalqın dəstəklədiyi bir hökumətin hakimiyyətə gələ biləcəyini açıqlayan Putin, "Bu yolla demokratik seçkilər keçirməklə, xalqın etimadını qazanan bacarıqlı və etibarlı bir hökuməti hakimiyyətə gətirə, daha sonra onlarla sülh müqaviləsi bağlaya bilərik" - deyə bildirib.
BMT-nin daha əvvəl Yuqoslaviya və Papua-Yeni Qvineyada da oxşar işləri yerinə yetirdiyinə diqqət çəkən Putin, "Bu, Ukraynadakı variantlardan biri ola bilər. Bu sayədə dünya səviyyəsində tanınacaq və etibar ediləcək qanuni sənədlərə imza atmaq mümkün olacaq" - deyə qiymətləndirməsini etdi.
Putin əlavə edib ki, ABŞ prezidenti Donald Tramp “səmimiyyətlə” münaqişəyə son qoymaq istəyir.