Son dəqiqə

İran ABŞ İranın nüvə proqramı Abbas Ərağçi

Hazırda nüvə sazişinin bərpa olunması mümkün deyil - İran XİN

Bakı, TurkicWorld

2015-ci il nüvə sazişinin mövcud formatda bərpa olunması mümkün deyil.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözlər İranın xarici işlər naziri Abbas Əraqçinin verdiyi açıqlamada yer alıb.

“Hazırkı taktikamız və yanaşmamız ABŞ ilə danışıqların dolayı yolla aparılmasıdır”- deyə Əraqçi bildirib.

Əraqçi İranın nüvə proqramının tamamilə sülhməramlı olduğunu vurğulayıb.

“Biz buna əminik və başqalarında da bu inamı doğrultmağa hazırıq”.

O bildirib ki, İranın əsas prioriteti ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsirini azaldmaqdır. O, Tehranın həmişə müharibədən qaçdığını və müharibə aparmağa çalışmadığını, lakin biz müharibəyə hazır olduğunu bildirib.

Qeyd edək ki, bu ay Tehran ABŞ Prezidenti Donald Trampdan nüvə sazişi ilə bağlı rəsmi məktub alıb. Lakin İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ-la danışıqların aparılmayacağını qeyd etmişdi.

“2015-ci il nüvə sazişini cıran biri ilə danışıqlar masasına oturmağın heç bir faydası yoxdur”,- deyə Xamene

Mövzuya görə xəbərlər