Bakı, TurkicWorld
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir putin arasında aparılan telefon danışığı nəticəsində tarixi qərar qəbul edilib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunub ki, iki tərəf Rusiya-Ukrayna müharibəsində daimi atəşkəs üçün razılıq əldə edib.
Kreml açıqlamasında bildirilib ki, ABŞ-ın 30 günlük atəşkəs təklifinə Ukrayna ordusunun səfərbərlik prosesinin və yenidən silahlanmasının dayandırılması və həmçinin təmas xəttinin nəzarətdə saxlanılması kimi şərtlər daxildir.
Eyni zamanda Putin, Tramp ilə telefon danışığında Rusiya və Ukraynanın bir-birinin enerji infrastrukturuna 30 gün müddətində hücum etməməsi təklifini qəbul edib və Rus ordusuna bu istiqamətdə əmr verib.