Son dəqiqə

İran ABŞ Abbas Ərağçi

ABŞ İranın xarici siyasətinə müdaxilə edə bilməz - İran XİN

Bakı, TurkicWorld

ABŞ İranın xarici siyasətinə müdaxilə edə bilməz.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"ABŞ hökumətinin İranın xarici siyasətini diktə etmək səlahiyyəti və ya öhdəliyi yoxdur. O dövr 1979-cu ildə bitdi",- deyə Əraqçi bildirib.

Əraqçi, ABŞ prezidenti Donald Trampın bu mövzuda heç bir təsir gücünün olmadığını bildirib.

Bundan əlavə, Əraqçi ABŞ-ın İsrailə dəstəyini dayandırmasını tələb edib.

"İsrail soyqırımına və terrorizminə dəstəyinizi bitirin. Yəmən xalqını öldürməkdən əl çəkin",- deyə Əraqçi qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Tramp, İranın husilərə verdiyi dəstəyi dayandırmasını tələb edib.

"Husi terrorçularına verilən dəstək dərhal dayandırılmalıdır. ABŞ xalqını təhdid etməyin. Əgər bunu etsəniz, diqqətli olun, çünki Amerika sizi tam məsuliyyətə cəlb edəcək və sizə qarşı heç də yumşaq davranmayacaq",- deyə Tramp qeyd edib.

ABŞ-ın husilərə qarşı yeni hərbi əməliyyatları və İranı hədəf alan sərt mesajları Yaxın Şərqdə gərginliyi daha da artırıb. Bölgədə yeni münaqişələrin alovlanma riski yüksəlir.

Mövzuya görə xəbərlər