İran Çin ABŞ Rusiya Ukrayna Donald Tramp Seyid Əli Xamenei

Çin və Rusiya İrana qarşı nüvə sanksiyalarının ləğvini tələb edir

BAKI,TurkicWorld

Çin və Rusiya, İranın nüvə zənginləşdirmə proqramı səbəbilə tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün ABŞ və Qərbə birgə çağırış edib.

TurkicWorld xəbər verir ki, bu çağırış, ABŞ Prezidenti Donald Trampın İranın ali dini liderinə nüvə danışıqlarını yenidən başlatmaq məqsədilə məktub yazmasının ardından Pekində keçirilən üçtərəfli görüşdə səsləndirilib.

Çinin Xarici İşlər nazirinin müavini Ma Jaoşu, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov və İranın Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi Cümə günü Pekində görüşərək mövcud vəziyyəti müzakirə ediblər.

Görüşdən sonra Çin rəsmisi tərəfindən oxunan birgə bəyanatda, ABŞ-ın İrana qarşı tətbiq etdiyi nüvə sanksiyalarının dərhal sona çatdırılması tələb olunub.

Bu görüş, Tramp administrasiyasının İranın sürətlə inkişaf edən nüvə proqramını məhdudlaşdırmaq üçün yeni müzakirələr aparmaq təşəbbüsündən sonra baş tutub.

Lakin İranın Ali Dini Lideri Ayətullah Əli Xamenei, Trampın diplomatik cəhdlərinə istehza ilə yanaşaraq, "zorakı bir hökumətlə danışıqlar aparmaq niyyətində olmadığını" bəyan edib.

İran, Rusiya və Çin arasındakı münasibətlər enerji sazişləri və hərbi əməkdaşlıq çərçivəsində dərinləşib. Tehran, Ukrayna müharibəsində Rusiya üçün kamikadze dronlar təmin edib. Üç ölkə həmçinin BRICS ittifaqının üzvləridir.

Mövzuya görə xəbərlər