Son dəqiqə

Azərbaycan Çin Mərkəzi Bank

Azərbaycanla Çin arasında kapital bazarı və ödəniş sistemləri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib

BAKI, TurkicWorld

Azərbaycan ilə Çin arasında kapital bazarı və ödəniş sistemləri üzrə inkişaf perspektivləri müzakirə edilib.

TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Çin Sənaye və Ticarət Bankının (ICBC Almaty) Direktorlar Şurasının üzvü Çingiz Kanapyanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bildirilib ki,görüşdə kapital bazarı və ödəniş sistemləri üzrə inkişaf perspektivləri, sahibkarlığın və biznes layihələrinin maliyyələşdirilməsi istiqamətində Azərbaycan bankları ilə əməkdaşlıq məsələləri, o cümlədən bu çərçivədə birgə təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2025-ci ildə Azərbaycanın Çinə birbaşa investisiyalarının həcmi 9,957 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü illə müqayisədə 7,2 milyon dollar və ya 3,6 dəfə çoxdur.

Hesabat ilində Azərbaycandan birbaşa xarici investisiyaların ümumi həcmində Çinə reallaşan investisiyaların payı 0,4% təşkil edib.

Çin isə öz növbəsində 2025-ci il ərzində Azərbaycan iqtisadiyyatına 26,895 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 9,3 milyon dollar və ya 1,5 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Çindən Azərbaycana yatırılan investisiyaların xüsusi çəkisi 0,4% təşkil edib.

2024-cü il ərzində Çindən Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 17,6 milyon dollar, əks istiqamətdə isə 2,8 milyon dollara bərabər olub.

Mövzuya görə xəbərlər