Son dəqiqə

Peru Prezident seçkiləri Keyko Fuximori Roberto Sançes Peru Mərkəzi Seçki Qurumu Pedro Kastilyo Latın Amerikası

Keyko Fuximori Peru prezidenti seçilib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Peruda həftələrlə davam edən səslərin yenidən yoxlanılması, etiraz aksiyaları və saxtakarlıq iddialarından sonra mühafizəkar siyasətçi Keyko Fuximori prezident seçkilərinin qalibi elan olunub.

TurkicWorld xəbər verir ki, Peru Mərkəzi Seçki Qurumu iyunun 7-də keçirilən prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açıqlayaraq Keyko Fuximorini ölkənin yeni prezidenti elan edib.

Rəsmi nəticələrə görə, Fuximori səslərin 50,135 faizini toplayaraq rəqibi, solçu senator Roberto Sançesi 49,865 faiz səslə geridə qoyub. Namizədlər arasında fərq təxminən 50 min səs təşkil edib.

Bu, Keyko Fuximorinin prezident seçkilərində dördüncü namizədliyi olub və ilk dəfə qələbə qazanıb.

Qeyd edək ki, o, 2021-ci ildə keçirilən prezident seçkilərində təxminən 45 min səs fərqi ilə keçmiş prezident Pedro Kastilyoya məğlub olmuşdu. Kastilyo 2022-ci ildə Konqresi buraxmağa cəhd etdikdən sonra impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılmış və həbs edilmişdi.

Roberto Sançes seçkilərdə saxtakarlıq olduğunu iddia edərək nəticələri tanımayacağını bildirib. O, bu iddialarla bağlı sübut təqdim etməyib və məsələni Amerika İnsan Hüquqları Komissiyasına çıxarıb.

Mövzuya görə xəbərlər