Son dəqiqə

Avropa İttifaqı ABŞ Rusiya Almaniya Annalena Beerbok

Almaniya XİN "Avropa Müdafiə Fondu"-nun yaradılmasını təklif edib

Bakı, TurkicWorld

Almaniya Xarici İşlər Naziri Annalena Baerbok, Avropa qitəsinin təhlükəsizliyini gücləndirmək üçün "Avropa Müdafiə Fondu"nun yaradılmasını təklif edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Baerbokun verdiyi açıqlamada deyilir.

Açıqlamada, sülhün yalnız güclü bir Avropa və azad bir Ukrayna ilə əldə ediləcəyi vurğulanıb,

"Əks halda, Vladimir Putin müharibəni daha da uztacaq, hətta bura da gələ bilər. Müdafiəmiz üçün hələ də amerikalı dostlarımıza güvənə biləcəyimizə dair qarantiya yoxdur", - deyə Baerbok qeyd edib.

O, avropalıların öz təhlükəsizliyinə məsuliyyətlə yanaşmasının və Avropanın çəkindirmə qabiliyyətini bütün mövcud imkanlarla daha da artırmasının vacibliyini qeyd edib.

"Biz Putinin aqressiv imperializmini həfifə almamalıyıq. Avropa zəif olarsa, Putinin qoşunları bu gün təsəvvür edə bilməyəcəyimiz qədər qısa müddətdə Baltikyanı ölkələrdə və ya qonşumuz Polşada ola bilər", - deyə o əlavə edib.

Baerbock, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin müdafiə xərclərini daha da artırmaq üçün Aİ-nin "Sabitlik və Artım Paktı"nın yumşaldılmasının mühüm addım olacağını bildirib.

Lakin xüsusilə yüksək dövlət borcu olan və maliyyə baxımından zəif olan ölkələr üçün bunun kifayət etməyəcəyini qeyd edən Baerbok, qarşıdakı çətinliklərlə mübarizə aparmaq üçün bir Avropa Müdafiə Fondun qurulmasının vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər