Son dəqiqə

Fələstin İsrail İƏT İsmayıl Haniyə

İƏT növbədənkənar iclas keçirəcək

Bakı, TurkicWorld

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yaxın şərqdə baş verən son hadisərlə bağlı iclas keçirəcək.

TurkicWorld xəbər verir ki, bu haqda İƏT bəyanat yayıb.

İƏT bu gün verdiyi bəyanatda “İsrail işğalının Fələstin xalqına qarşı davam edən cinayətlərini, o cümlədən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini müzakirə etmək üçün xarici işlər nazirləri səviyyəsində fövqəladə İcraiyyə Komitəsinin iclasını keçirəcəyini” bildirib.

Açıqlamada, “İclas İsrailin Qəzza zolağında 40 mindən çox insanı öldürməsi, əksəriyyəti qadın və uşaq olmaqla 91 mindən çox fələstinlini yaralaması, 430 min evlə yanaşı o cümlədən infrastruktur, səhiyyə və təhsili binaları, ibadət yerləri ilə yanaşı tarixi yerlər də daxil olmaqla mülki obyektləri dağıtması və iki milyona yaxın fələstinlinin evlərindən didərgin düşməsinə səbəb olan əməllərini nəzərə alınmaqla təşkil edilir”,- deyə qeyd edilir.

Mövzuya görə xəbərlər