Bakı,TurkicWorld
İranın dini lideri Ayətullah Əli Xamenei İranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsinə görə özlərini məsuliyyət daşıdıqlarını və Haniyənin İsraildən qisasını almağı özlərinə borc bildiklərini bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə Xamneyi HƏMAS lideri Haniyənin Tehranda öldürülməsi ilə bağlı yazılı açıqlama yayıb.
“Cinayətkar və terrorçu sionist rejim dəyərli qonağımızı evimizdə şəhid etməklə bizi kədərləndirdi, eyni zamanda, özlərinə ağır bir cəza hazırladılar” ,- deyə o bildirib.
“İran torpağında şəhid olan Haniyənin qanının qisasını almağı özümüzə borc bilirik” ,- deyə Xamenei vurğulayıb.
Qeyd edək ki, gecə saatlarında HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına atılan raket nəticəsində ölüb. İran və HƏMAS Hərəkatı iyrənc sui-qəsddə İsraili günahlandırsa da, İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməkdən çəkiniblə