Bakı, TurkicWorld
Malidə bir kənddə törədilən terror aktı nəticəsində 26 nəfər həyatını itirib.
TurkicWorld xəbər verir ki, bu barədə yerli mətbuat paylaşım edib.
Yerli mətbuatın məlumatına görə, naməlum silahlı şəxslər Mopti bölgəsindəki kəndlərdən birində tarla işçilərinə atəş açıb.
Məlumat üçün qeyd edək ki, “3 ölkə sərhədi” kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və İŞİD-ə bağlı qrupların hücumlarına məruz qalır.
Terror təşkilatları 2013-cü ildən bəri Malidə hücumlarını davam etdirir.
Hafiz Rufizoğlu