Son dəqiqə

ABŞ İtaliya

Yeni ABŞ prezidenti ilə münasibərləri yaxşı davam etdirəcəyik

Bakı, TurkicWorld

ABŞ prezidentinin kim olmasından asılı olmayaraq, biz yaxşı münasibətləri davam etdirəcəyik.

TurkicWorld xəbər verir ki, bu barədə İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani deyib.

O, ABŞ prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilməsindən sonra İtaliyanın ABŞ-ın növbəti prezidentinin kim olmasından asılı olmayaraq, ABŞ ilə yaxşı münasibətlər saxlayacağını bildirib.

“Növbəti prezident kim olursa olsun, Tramp və ya Kamala Harris, biz onların hər ikisi ilə yaxşı münasibətlər saxlayacağıq” – deyə Tajani qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər