Son dəqiqə

Donald Tramp

Respublikaçılar Partiyası Trampı ABŞ prezidentliyinə namizəd kimi irəli sürüb

Bakı. TurkicWorld:

Milli Qurultay zamanı Respublikaçılar Partiyası noyabrın 5-nə təyin edilmiş ABŞ prezident seçkilərində Donald Trampı prezidentliyə namizəd kimi rəsmi olaraq irəli sürüb.

TurkicWorld-un məlumatına görə, ABŞ-nin keçmiş prezidenti Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq üçün kifayət qədər səs toplayıb.

Bundan əvvəl D.Tramp ABŞ-ın vitse-prezidentliyinə namizəd kimi Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi seçdiyini açıqlamışdı.

Mövzuya görə xəbərlər