Son dəqiqə

ABŞ Devid Harris Donald Tramp

Tramp Harrislə ABC News kanalında debata çıxmağın mənasız olduğunu bildirib

Bakı, TurkicWorld

Demokratlar Partiyasından olan rəqibim Kamala Harrislə ABC News telekanalında debatda iştirak etməkdə heç bir məna görmürəm.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp sosial media hesabında yazıb.

O qeyd edib ki, bu kanalda debata çıxmağım mənasızdır.

"Çünki efirə "Trampa nifrət edənlər" qrupu yığışacaq. Harris bəzi digər media orqanlarında, xüsusən də Fox News, NBC, CBS və CNN kimi telekanallarda debata çıxmaqdan boyun qaçırır", - Tramp əlavə edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Mövzuya görə xəbərlər