Son dəqiqə

ABŞ Donald Tramp

Tramp sui-qəsd cəhdindən sonra ilk açıqlamasını verib

Bakı. TurkicWorld

ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdindən sonra ilk açıqlamasını verib.

TurkicWorld xəbər verir ki, Tramp açıqlamanı “Truth Social” sosial şəbəkəsindəki şəxsi hesabından verib.

“Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Güllə sağ qulağımın yuxarı hissəsini deşib. Atəş səsi eşitdim və güllənin dərimi cırmasını hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Tanrı Amerikanı qorusun!”, – deyə o bildirib.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

Mövzuya görə xəbərlər