Son dəqiqə

ABŞ Co Bayden Donald Tramp

Bayden Trampın mitinqindəki silahlı insidenti pisləyib

Bakı. TurkicWorld

ABŞ Prezidenti Co Bayden seçkilərdəki rəqibi respublikaçı Donald Trampın mitinqindəki silahlı insidenti pisləyib.

TurkicWorld xəbər verir ki, bu barədə Amerika liderinin bəyanatında bildirilib.

"Pensilvaniyada Donald Trampın mitinqindəki atəş açılması ilə bağlı mənə məlumat verilib. Onun vəziyyətinin yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən ona, ailəsinə və mitinqdə olan hər kəs üçün dua edirəm, əlavə məlumat gözləyirik", - bəyanatda bildirilib.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

Mövzuya görə xəbərlər