Son dəqiqə

İsrail Benyamin Netanyahu

Netanyahu hökuməti tək başına idarə edir- Ben-Qvir

Bakı, TurkicWorld

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir baş nazir Benyamin Netanyahunu hökuməti tək başına idarə etməkdə ittiham edib.

TurkicWorld xəbər verir ki, Ben-Qvir bu bahqda X sosial media platformasındakı etdiyi paylaşımda deyib.

O Netanyahunu kabinet iclasları da daxil olmaqla təkbaşına qərarlar verməkdə və koalisiya tərəfdaşlarını nəzərə almamaqda günahlandırıb.

Nazirlər Kabinetinin iclaslarını "mənasız" olaraq təsvir edən Ben-Qvir vəziyyətin "dözülməz hala gəldiyini" deyib.

Netanyahunun kabinetlə məsləhətləşmədən HƏMAS ilə dolayı əsir mübadiləsi danışıqları üçün İsrail nümayəndə heyəti göndərmək qərarını tənqid edən Ben-Qvir baş naziri koalisiyadan çıxacağı ilə hədələyib.

Mövzuya görə xəbərlər